Fransa xüsusilə təhlükəli cinayətkarları cəngəlliyə göndərəcək

Fransa xüsusilə təhlükəli cinayətkarları cəngəlliyə göndərəcək

13:22
Bəyəndim (3) Bəyənmədim (0)

Fransa özünün ən təhlükəli cinayətkarlarını, narkobaronlarını və radikal islamçılarını Fransa Qvianasının cəngəlliklərində saxlamağı planlaşdırır. “Ejdd.fr” xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Cerald Darmanen Fransanın bu dənizaşırı departamentinə səfəri zamanı bildirib.
O qeyd edib ki, layihənin məqsədi “ən təhlükəli narkotik alverçilərini sıradan çıxarmaq”dır. Nazir həbsxananın 2028-ci ildə açıla biləcəyini və əvvəllər böyük, lakin hazırda bağlı cəzaçəkmə koloniyasının yerləşdiyi “Saint-Laurent-du-Maroni” şəhərindəki əsas yoldan kənarda yerləşəcəyini söylədi.
Nazirin planlarına görə, bu, Kale bölgəsindəki “Venden-le-Vieil” və Normandiyadakı “Konde-sür-Sarte” həbsxanasından sonra Fransanın üçüncü ciddi rejimli həbsxanası olacaq. Darmanen yaxın gələcəkdə ölkənin 100 ən böyük narkotik alverçisini cinayət şəbəkələrindən təcrid edəcəyinə söz verərək, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəni özünün əsas prioritetlərindən birinə çevirib.
O vurğulayıb ki, o, "adi həbsxanaların narkotik alverçilərinin əksəriyyəti üçün artıq maneə olmamasını" qəbuledilməz hesab edir ki, onlar "alveri davam etdirə, hakimləri, həbsxana işçilərini, jurnalistləri və ya vəkilləri öldürə və ya hədələyə bilərlər".

Almaz Həsənli