İsveçrədə “Eurovision 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb

İsveçrədə “Eurovision 2025” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb

16 May 10:58
Bəyəndim (6) Bəyənmədim (0)

Mayın 15-də İsveçrənin Bazel şəhərində “Eurovision 2025”in ikinci yarımfinalı baş tutub. 16 iştirakçı öz mahnılarını və nömrələrini təqdim etdi, hər biri güclü vokal, maraqlı və dərin nömrə və ya orijinal dekorasiya ilə heyran etdi.

Tamaşaçıların sevimlisinə çevrilənlər “Eurovision 2025”in finalına yüksəliblər. Onlar mahnı müsabiqəsinin əsas kuboku uğrunda mübarizə aparacaqları müsabiqənin ikinci mərhələsinə adlaya biliblər. Təəssüf ki, bu il altı iştirakçı müsabiqə ilə vidalaşdı.

İkinci yarımfinalın qalibləri Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta və Yunanıstan olub.

Mayın 13-də baş tutan birinci yarımfinalın nəticələrinə görə finala Ukrayna, Norveç, Albaniya, İsveç, İslandiya, Hollandiya, Polşa, San-Marino, Estoniya və Portuqaliya çıxıb.

Sponsor ölkələr möhtəşəm finalda qələbə uğrunda mübarizə aparacaqlar: Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya və Fransa.

Xatırladaq ki, Azərbaycanı təmsil edən Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarət “Mamaqama” qrupu çıxışını yarımfinalda başa vurub.

Müsabiqənin final mərhələsi şənbə günü, mayın 17-də Bazel şəhərində keçiriləcək.Daha sonra “Eurovision 2025”in qalibinin adı məlum olacaq.

Müsabiqənin aparıcıları müğənni Sandra Studer, teleaparıcı Mişel Hunziker və komediya ustası Hazel Bruggerdir.

Almaz Həsənli