Rusiya və İran ölkələr arasında hərtərəfli tərəfdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə ediblər

Rusiya və İran ölkələr arasında hərtərəfli tərəfdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə ediblər

07:40
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko iranlı diplomatlarla görüşündə iki ölkə arasında əməkdaşlıq və əvvəllər əldə edilmiş razılaşmalar nəzərə alınmaqla İranda birgə infrastruktur layihələrinin həyata keçirilməsi məsələsini müzakirə edib. Rusiya Xarici İşlər Nazirliyinin bazar ertəsi verdiyi məlumata görə, tərəflər Aİİ və respublika arasında azad ticarət sazişinin qüvvəyə minməsini alqışlayıblar.

Rusiya Xarici İşlər Nazirliyi Rudenkonun “Tehran dialoqu” beynəlxalq forumunda iştirak etmək üçün İranda olduğunu bildirib. O, İranın xarici işlər naziri Abbas Əraqçi tərəfindən qəbul edilib, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi ilə ikitərəfli və regional məsələlər üzrə ayrı-ayrılıqda məsləhətləşmələr aparıb.

"Tərəflər Rusiya-İran hərtərəfli strateji tərəfdaşlığının daha da möhkəmlənməsindən qarşılıqlı məmnunluq ifadə ediblər. İran tərəfi yanvarın 17-də Moskvada iki ölkə prezidentləri tərəfindən imzalanmış yeni əsas dövlətlərarası sazişin ratifikasiyasının gedişi barədə məlumat verib. Onun tezliklə qüvvəyə minməsinin əməkdaşlığın intensivləşməsinə töhfə verəcəyi qeyd edilib. Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.

Əziz Mustafa, Oxuməni.az