
Danimarkada HƏMAS-a terror hücumu üçün pilotsuz təyyarələr almağa kömək etmiş şəxs həbs edilib
Danimarkada HƏMAS-ın "terror hücumu"nda istifadə üçün pilotsuz təyyarələr almaqda şübhəli bilinən 28 yaşlı kişi həbs edilib.
Bu barədə “The Times of Israel” nəşri xəbər verir.
Danimarka kəşfiyyat xidməti PET-in əməliyyat rəhbəri Flemming Dreyer, "şəxsin Danimarkada və ya xaricdə naməlum yerdə HƏMAS tərəfindən terror hücumunda istifadə etmək üçün nəzərdə tutulmuş dronları əldə etdiyinə" inandığını söylədi.
Onun sözlərinə görə, şübhəli şəxs bu gün məhkəmə qarşısına çıxıb və onun barəsində iyunun 11-dək həbs qətimkan tədbiri seçilib.
Danimarka kəşfiyyatı iddia edir ki, bu iş həm HƏMAS, həm də Danimarkadakı cinayətkar qruplaşmalar və şübhəlinin planlaşdırılmış "terror hücumu" həyata keçirməsinin qarşısını almaq üçün 2023-cü ilin dekabrında həyata keçirilən bir sıra həbslərlə bağlıdır.
Əziz Mustafa, Oxuməni.az