Zelenski Rusiya ilə nizamlanma memorandumunun imzalanmasının mümkünlüyünü təsdiqləyib

Zelenski Rusiya ilə nizamlanma memorandumunun imzalanmasının mümkünlüyünü təsdiqləyib

10:17
Bəyəndim (3) Bəyənmədim (0)

Ukrayna münaqişənin həlli ilə bağlı Rusiya ilə memorandum imzalaya bilər və öz baxışını təqdim etmək üçün Rusiyanın təkliflərini gözləyir. Bu barədə Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra bildirib.
"İkitərəfli formatda müvafiq memorandum ola bilər ki, bu da müharibənin sona çatmasına, hər iki ölkənin dəstəklədiyi və atəşkəsin olacağı bir razılaşmaya gətirib çıxara bilər", - o, ofisinin yayımladığı brifinqdə deyib.
Zelenski əlavə edib ki, gələcək memorandumun təfərrüatları hələlik ona məlum deyil. "Rusiya tərəfi memorandum təklif edərsə, bizim tərəfimizdən müvafiq siqnallardan sonra biz ruslardan memorandum və ya təkliflər aldıqdan sonra öz baxışımızı formalaşdıra biləcəyik", - o qeyd edib.
Onun sözlərinə görə, ABŞ prezidenti bəyan edib ki, memorandum atəşkəsdən əlavə, gələcək nizamlanma planlarını formalaşdıracaq.

Almaz Həsənli