
ABŞ güclü sülh planını təqdim edir, müharibəni bitirmək vaxtıdır
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Birləşmiş Ştatlar Ukraynada sülh üçün güclü plan təqdim edib. O vurğulayıb ki, artıq müharibəyə son qoymağın vaxtı çatıb.
Bu barədə RBC-Ukrayna onun sosial şəbəkədəki paylaşımına istinadən məlumat yayıb.
Rubionun bu paylaşımı onun Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığından sonra yayılıb. Dövlət katibinin qeyd etdiyi kimi, söhbət zamanı o, ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəyə son qoyulmalı olduğu mesajını təkrarlayıb.
"Mən mesajını təkrarladım: ölüm və dağıntı dayandırılmalıdır. ABŞ güclü sülh planı təqdim etdi və biz İstanbulda əldə olunan məhbus mübadiləsi razılaşmasını alqışlayırıq. Gəlin bu böyük fürsəti əldən verməyək. Bu müharibəni bitirməyin vaxtıdır", - bəyanatda deyilir.
Əziz Mustafa, Oxuməni.az