İstanbulda ABŞ, Ukrayna və Türkiyə nümayəndələrinin görüşü olub

İstanbulda ABŞ, Ukrayna və Türkiyə nümayəndələrinin görüşü olub

13:17
Bəyəndim (2) Bəyənmədim (0)


İstanbulda ABŞ, Ukrayna və Türkiyə nümayəndələrinin görüşü baş tutub. Bu barədə “AFP” Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verir.
Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi Keyt Kelloq və ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak iştirak edib.
Ukraynanı prezident aparatının rəhbəri Andriy Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sıbiha, müdafiə naziri Rustem Umerov və prezident aparatının rəhbərinin ştatdankənar müşaviri Aleksandr Bevz təmsil ediblər.
Türkiyə tərəfini Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın və Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan təmsil ediblər.
Daha sonra İstanbulda Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü gözlənilir. “İnterfaks” xəbər verir ki, Moskva Ukrayna ilə birbaşa danışıqlarda Vaşinqton nümayəndələrinin iştirakının əleyhinə olduğu üçün orada ABŞ nümayəndələri olmayacaq.
ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma direktoru Maykl Anton Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə ayrıca görüş keçirəcək.
Bütün görüşlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul ofisi olan Dolmabağça sarayında baş tutacaq. Bundan əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski yerli vaxtla səhər saat 10-dan orada Ukrayna nümayəndələrini gözləyəcəyini bildirmişdi.
Almaz Həsənli