
Üç Avropa ölkəsi yaşa görə sosial şəbəkələrə girişi məhdudlaşdıra bilər
Fransa, İspaniya və Yunanıstan sosial şəbəkələrin, o cümlədən Facebook və X-in istifadəçiləri üçün məcburi yaş məhdudiyyətinin tətbiqini müzakirə edirlər. Bu barədə Bloomberg məlumat yayıb.
Üç ölkənin rəqəmsal xidmətlər üzrə nazirləri iyunun 6-da Avropa İttifaqı həmkarları ilə görüşdən əvvəl bu məsələni müzakirə edəcəklər.
Yeni qaydalar internetə çıxışı olan istənilən cihazın yaş yoxlama texnologiyasını daxil etməsini tələb edəcək. Bundan əlavə, bu ölkələr sosial şəbəkələri “yaşa uyğun dizaynlara” malik olmağa və pop-up, fərdiləşdirilmiş məzmun və ya avtomatik oynanan videolar kimi “asılılıq yaradan və müdaxilə edən” funksiyaları məhdudlaşdırmağa çağırır.
Belə bir addım ABŞ prezidenti Donald Trampın administrasiyasını qəzəbləndirə bilər, çünki siyasətçi X-in sahibi İlon Mask və Meta şirkətinin baş direktoru Mark Zukerberqlə sıx ittifaq qurub.
Əziz Mustafa, Oxuməni.az