
ABŞ BƏƏ ilə 200 milyard dollardan çox müqavilə imzaladı
Cümə axşamı Birləşmiş Ştatlar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə qabaqcıl texnologiya, aerokosmik, enerji və kritik minerallar da daxil olmaqla 200 milyard dollardan çox sövdələşmələr elan edib. Ağ Evin press-relizində bildirilir.
Emirati hava yolu şirkəti “Etihad Airways” GE mühərrikləri ilə işləyən 28 Boeing 787 və 777X təyyarələri üçün 14,5 milyard dollar ödəyəcək. Bu barədə “The Economic Times” yazır.
ABŞ-ın “ExxonMobil”, “Occidental Petroleum” və “EOG Resources” şirkətləri neft və təbii qaz hasilatını genişləndirmək üçün Abu Dabi Milli Neft Şirkəti ilə 60 milyard dollarlıq müqavilə imzalayıb. ABŞ-da yerləşən “RTX”, qabaqcıl qalium hasilatı layihəsində “Emirates Global Aluminium” və “Tawazun” Şurası ilə əməkdaşlıq edəcək
ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turunun son dayanacağı olan cümə axşamı günü BƏƏ-yə səfərə başlayıb. Bundan əvvəl o, Səudiyyə Ərəbistanı və Qətərə səfər edib. BƏƏ növbəti 10 il ərzində ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar sərmayə qoymağı öhdəsinə götürüb.
Almaz Həsənli