
İstanbulda Rusiya və Ukrayna danışıqları başlayıb
Mayın 16-da Türkiyədə Rusiya və Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı danışıqlar başlayıb. Danışıqlar İstanbuldakı Dolmabaxça sarayında baş verir. Bu barədə “İnterfaks” xəbər verir.
Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, ordunun Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov başçılıq edəcək.
Rusiya və Ukrayna 2022-ci ildən bəri ilk birbaşa danışıqlarını aparırlar.Müharibənin əvvəlində tərəflər İstanbulda görüşüb, lakin 2022-ci ilin yazında görüşlər dayandırılıb. Rusiya prezidenti Vladimir Putin birbaşa danışıqların 2025-ci ilin mayında aparılmasını təklif edib.Ukrayna prezidenti Vladimir Zelenski Putinlə Türkiyədə şəxsən görüşməyə hazır olduğunu deyib, lakin Rusiya prezidenti danışıqlara qatılmayıb.
Almaz Həsənli