
Tramp on birinci dəfə baba oldu
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp on birinci dəfə baba olub. Bu barədə “Business Insider” məlumat yayıb.
Mayın 15-də Trampın qızı Tiffani və kürəkəni Maykl Bulosun oğul övladları dünyaya gəlib. Cütlük ilk övladına Aleksandr adını verib.
Trampın ümumilikdə beş övladı var: Kiçik Donald, İvanka, Erik, Tiffani və Barron. Dörd böyüyünün artıq öz uşaqları var. Barronun cəmi 19 yaşı var və o, 2024-cü ildə kollecdə birinci kurs tələbəsi olub.
"Donald Trampın böyük nəvəsi Kay artıq diqqət mərkəzinə düşüb. O, 2024-cü il Respublikaçıların Milli Konvensiyasında çıxış edib və tez-tez babası ilə İnstaqramda fotolar dərc edir - o, hətta "əmi statusu" üçün İlon Maska da işarə edib. Trampın başqa bir nəvəsi, 9 yaşlı Teodor Kuşner, babası tarixdə oyuna qatılan ilk prezident olanda LİX Super Kubokunda səhnənin mərkəzində oturmuşdu,"- materialda deyilir.
Belə ki, Amerika prezidentinin digər nəvələrinin yaşlandıqca daha çox ictimailəşəcəkləri gözlənilir.
Almaz Həsənli