
Almaniyada siyasi motivli cinayətlər 40% artır
2024-cü ildə Almaniyada ksenofob bəyanatlardan tutmuş insanlara hücumlara qədər 84 000-dən çox siyasi motivli cinayət törədilib. Bu, əvvəlki illə müqayisədə 40% çoxdur və bu, ölkə üçün mütləq rekorddur. Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt öz hesabatında bu rəqəmlərə istinad edərək, cəmiyyətin radikallaşması və antisemitizmin getdikcə artdığını qeyd edib. Bu barədə AFP agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, siyasətçilərə və fəallara qarşı cinayətlərin sayı xeyli artıb. Siyasi motivli zorakılıq cinayətlərinin sayı 15,3% artaraq 4107-yə çatıb. Antisemitizm xarakterli cinayətlərin sayı 21% artaraq 6236-ya çatıb. 84,000 cinayətin demək olar ki, yarısı ifrat sağçı ideologiya ilə motivasiya edilib və belə cinayətlər “ölkədə hər 12 dəqiqədən bir törədilir”. Jurnalistlərin ifrat sağçı tərəfdarların iştirakı ilə cinayətlərin artmasını Almaniya üçün Alternativ partiyasının yüksəlişi ilə əlaqələndirib-əlaqələndirmədiyi sualına cənab Dobrindt “cəmiyyətin qütbləşməsinə töhfə verən hər kəs bu tendensiyanın bir hissəsidir” cavabını verib.
Əziz Mustafa, Oxuməni.az