İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır

İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır

10:34
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ-ın əldə etdiyi yeni kəşfiyyat məlumatları göstərir ki, İsrail İranda ölkənin nüvə silahı proqramı inkişaf etdirdiyi obyektləri bombalamağa hazırlaşır. Bu barədə “CNN” çərşənbə axşamı kəşfiyyat məlumatı ilə tanış olan bir neçə Amerika rəsmisinə istinadən xəbər verir.
Mənbələr İsrail hakimiyyətinin hücumla bağlı yekun qərarını verib-vermədiyini bilmir və Amerika kəşfiyyatı yəhudi dövlətinin niyyətlərini açıq şəkildə təsdiq etmir. Zərbə hazırlığının dolayı əlamətlərinə İsrail Hərbi Hava Qüvvələrinin texnika və silahlarının hərəkəti və onların manevrləri daxildir. Eyni zamanda, İranı nüvə proqramı ilə bağlı məsələlərdə ciddi güzəştlərə getməyə məcbur etmək üçün İsrailin güc nümayişinə əl atdığını da istisna etmək olmaz.
“Reuters” xəbəri dərhal təsdiqləyə bilməyib. ABŞ Milli Təhlükəsizlik Şurası, İsrailin Vaşinqtondakı səfirliyi və İsrail baş nazirinin ofisi şərh tələblərinə dərhal cavab verməyib.
“CNN” mənbələrindən biri bildirib ki, İsrailin İranın nüvə infrastrukturuna zərbə endirmə ehtimalı son aylarda xeyli artıb və əgər Vaşinqton Tehranla Tehranın bütün uran ehtiyatlarını ləğv etməyən razılığa gələrsə, daha da artacaq.

Almaz Həsənli