Antalyanın Qazipaşa bölgəsində tornado baş verib

Antalyanın Qazipaşa bölgəsində tornado baş verib

31 May 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Antalya şəhərində tornado baş verib. “Yeni Şafak” təbii fəlakətlə bağlı təfərrüatları yazır.

Təbii fəlakətdən ən çox Qazipaşa rayonunun zərər çəkdiyi qeyd edilir. Yerli sakinlərin yaydığı kadrlarda Qazi və Bəyobası rayonlarında 70-ə yaxın sınıq istixana görünür.

Güclü külək bir anda bir neçə ağacı aşdı. Heç kim zərər çəkməsə də, bəzi yollarda nəqliyyatın hərəkəti bağlanıb.

Bu yaxınlarda Altay Respublikasında dağıdıcı tornado meşənin bir hissəsini “biçdi”. Bölgə rəhbərliyinin təqdim etdiyi kadrlarda güclü külək nəticəsində yüzlərlə ağacın aşdığını görmək olar.

Associated Press (AP) xəbər verir ki, yaxın illərdə daha bir temperatur rekordunun qırılacağı 80% ehtimalı var. Ümumdünya Meteorologiya Təşkilatı və Böyük Britaniyanın Met Office Yerin tezliklə daha da isti olacağına əmindir.

Əziz Mustafa, Oxuməni.az