Litva hakimiyyəti NATO-dan ölkədə hava hücumundan müdafiəni gücləndirməyi xahiş edib

Litva hakimiyyəti NATO-dan ölkədə hava hücumundan müdafiəni gücləndirməyi xahiş edib

6 Avqust 11:12
Bəyəndim (3) Bəyənmədim (0)

Litvanın iki nazirliyinin rəhbərləri NATO-nun baş katibi Mark Ruttedən pilotsuz təyyarənin qəzaya uğramasından sonra ölkənin hava hücumundan müdafiəsini gücləndirməyi xahiş ediblər. Bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Budris yazıb: "Bu gün Litva müdafiə naziri Dovile Şakaliene ilə birlikdə biz NATO-nun baş katibinə Litvanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün təcili tədbirlər görməyə çağıran birgə məktub göndərdik".

Avqustun 1-də Litva mətbuatı Belorusdan Litvaya uçduğu iddia edilən Yonava rayonundakı Qayjiunai poliqonunda pilotsuz uçuş aparatının tapıldığını bildirib. Hadisə yerinə hərbi müstəntiqlər və istehkamçılar göndərilib.

İyulun 10-da Belarusdan gələn pilotsuz təyyarəyə bənzər obyektin Litvada qəzaya uğradığı da bildirilir. Ölkə parlamentinin müdafiə komitəsi etiraf edib ki, insident Belarusdakı hərbi manevrlərlə bağlı olub, burada ölkəyə uçan təlim hədəflərindən biri, ehtimal ki, vurulmayıb.

Bundan əvvəl Litva prezidenti fövqəladə iclas keçirərək hava təhlükəsizliyini müzakirə edib.

Əziz Mustafa