Tramp Ermənistan və Azərbaycan liderləri ilə görüşəcək: sülh sazişi elan oluna bilər

Tramp Ermənistan və Azərbaycan liderləri ilə görüşəcək: sülh sazişi elan oluna bilər

6 Avqust 07:46
Bəyəndim (3) Bəyənmədim (0)

Cümə günü ABŞ prezidenti Donald Tramp Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul edərək sülh sazişinə vasitəçilik etməyə çalışacaq. Bu barədə The Washington Post xəbər verir.

Belə bir görüşün keçirilməsini Ağ Evin iki yüksək rütbəli məmuru təsdiqləyib. Onlardan biri dedi ki, orada Azərbaycanla Ermənistan arasında sülh sazişi elan oluna bilər.

Trampın avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla birbaşa görüşü gözlənilir.

Ötən ay iki ölkənin liderləri sülh danışıqları üçün BƏƏ-də görüşdülər. Lakin rəsmilər bu ilin əvvəlində ilkin razılaşmanın hazırlandığını bildirsələr də, heç bir qətnamə elan olunmayıb.

Yeri gəlmişkən, bir qədər əvvəl, iyunda Paşinyan bildirmişdi ki, Ermənistan bu ilin sonuna kimi Azərbaycanla sülh sazişi imzalamağı gözləyir. O vurğulayıb ki, bu, İrəvanın məqsədlərindən biridir.

Xatırladaq ki, iki keçmiş sovet ölkəsi Qarabağı (keçmiş Dağlıq Qarabağ) Azərbaycanın tərkibindən qopararaq Ermənistanın nəzarətinə keçəndən bəri bir neçə onilliklər ərzində mübarizə aparır.

WP qeyd edib ki, Azərbaycan qoşunları 2023-cü ilin sentyabrında işğal altında olan keçmiş Dağlıq Qarabağ üzərində nəzarəti bərpa edib və bundan sonra ermənilər heç bir zorakılıq olmadan könüllü şəkildə bölgəni tərk ediblər.

Əziz MUSTAFA