Tramp İranı nüvə proqramını bərpa etməyə çalışdığına görə yeni zərbələrlə hədələyib

Tramp İranı nüvə proqramını bərpa etməyə çalışdığına görə yeni zərbələrlə hədələyib

11:48
Bəyəndim (4) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp İranı İslam Respublikası yenidən nüvə silahı əldə etməyə cəhd edərsə, “geri qayıdacağı” ilə hədələyib. O, bunu Ağ Evdə çıxışı zamanı deyib.
"Yaxşı, biz İranın nüvə silahı əldə etməsinin qarşısını alaraq Yaxın Şərqdə müharibələri dayandırdıq. Onlar hər şeyə yenidən başlayacaqlarını söyləyə bilərlər, lakin bu, onlar üçün çox təhlükəli addım olardı, çünki biz geri dönəcəyik" - Donald Tramp bildirib.
Onun sözlərinə görə, İran bunu başa düşür.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə ölkənin nüvə potensialını məhv etmək üçün İran ərazisinə hücum edib, bundan sonra Tehran ardıcıl cavab zərbələri endirib.
Doqquz gün sonra ABŞ münaqişəyə qoşuldu və İranın Fordo, Natanz və İsfahandakı bir neçə nüvə obyektinə hücum etdi.
Almaz Həsənli