Paşinyan və Merz Berlində strateji tərəfdaşlıq sənədi imzaladılar
Ermənistanın Baş naziri Nikol Paşinyan və Almaniya kansleri Fridrix Merz çərşənbə axşamı Berlində strateji tərəfdaşlıq sənədi imzaladılar. Bu barədə Di Velt məlumat yayıb.
"Almaniyaya rəsmi səfərim tarixidir, çünki bu gün münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bunu ikitərəfli tərəfdaşlığın strateji gündəliyi haqqında bəyannamənin imzalanması sübut edir", - deyə Paşinyan Berlində Merzlə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan və Almaniya arasındakı münasibətlər demokratik dəyərlərə əsaslanır. Yerevan Berlinin demokratik islahatlara və Ermənistanın davamlı inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirir və "AB-yə aparan çətin və uzun yolda davamlı siyasi dəstək" gözləyir.
"Biz beynəlxalq gündəliyi müzakirə etdik və razılaşdıq ki, demokratiyaların sürətlə yayılan və hibrid təhdidlərlə üzləşdiyi bu misli görünməmiş çətinliklər dövründə yalnız əlaqələndirilmiş fəaliyyət kollektiv demokratik dayanıqlığı gücləndirə bilər", - deyə Paşinyan qeyd edib.
Merz öz növbəsində bildirib ki, Berlin Ermənistanı Avropa Birliyinə yaxınlaşdırmağa maraqlıdır.
"Biz konkret proqramlar həyata keçirmək barədə razılığa gəldik və bu sahədə daha böyük müstəqilliyə nail olmaq məqsədi ilə Ermənistana bir sıra enerji təchizatı layihələrində kömək edəcəyik. Paşinyanla konkret müzakirələr apardıq və razılaşmalar əldə etdik", - deyə Almaniya kansleri bildirib.
Əziz Mustafa
































.jpg)
.jpg)
.jpg)
















































