Paşinyan 2028-ci ildə Azərbaycana səfər etməyi ümid edir

Paşinyan 2028-ci ildə Azərbaycana səfər etməyi ümid edir

13:02
Bəyəndim (2) Bəyənmədim (0)


Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASP) sammitinin keçiriləcəyi zaman Azərbaycana səfər etməyi ümid edir. Oxuməni.az “TASS”a istinadla xəbər verir ki,Ermənistan hökumətinin başçısı bunu bu gün Yerevanda keçirilən ASP sammitindəki çıxışı zamanı bildirib.
"Ümid edirəm ki, 2028-ci ildə ASP sammiti üçün Azərbaycana səfər etmək imkanım olacaq", - deyə Nikol Paşinyan bildirib.
O, xatırladıb ki, Bakı və Yerevan əvvəllər Ermənistan və Azərbaycanın bu sammitlərə ev sahibliyi etmək üçün namizədliklərini qarşılıqlı şəkildə dəstəkləyiblər.
Paşinyan həmçinin qeyd edib ki, ASP sammitləri Yerevan və Ankara arasında əlaqələr üçün son dərəcə əhəmiyyətli olub. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk ikitərəfli görüşünün 2022-ci ilin payızında Praqada keçirilən ASP-nin birinci sammiti çərçivəsində baş tutduğunu xatırladıb. Ermənistanın Baş naziri qeyd edib ki, bu gün Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz AQS sammiti üçün Yerevana gəlib və beləliklə, Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidenti olub.
Almaz Həsənli