Böyük Britaniyanın 2030-cu ilə qədər silah almağa vəsaiti yoxdur

Böyük Britaniyanın 2030-cu ilə qədər silah almağa vəsaiti yoxdur

15:22
Bəyəndim (2) Bəyənmədim (0)


Böyük Britaniyanın silahlı qüvvələri hələlik yalnız müharibəyə hazırlıq barədə "düşünə" bilər, çünki maliyyə çatışmazlığı səbəbindən 2030-cu ilə qədər yeni silahların alınması üçün pulu yoxdur.
Oxuməni.az xəbər verir ki, bu barədə "The Times" qəzetinə Böyük Britaniyanın Birləşmiş Qüvvələrinin keçmiş komandanı general Riçard Berrons məlumat verib.
Onun sözlərinə görə, ordunun tanklar və vertolyotlar kimi adi pilotlu döyüş maşınları üçün pulu çətinliklə çatır, lakin döyüş sursatları, kamikadze dronları və ya süni intellekt dəstəkli sistemlər kimi müasir sistemləri almağa pulu yoxdur.
Müdafiə naziri Con Hili müdafiə sənayesini iqtisadi artımın hərəkətverici qüvvəsinə çevirmək üçün yenidən təşkil edəcəyinə söz versə də, Berrons əvvəllər müdafiə xərclərini artırmaq istəməməsi səbəbindən əksinin baş verdiyini bildirib.
Gələcək xərcləri müəyyən etmək məqsədi ilə sentyabr ayında dərc edilməli olan müdafiə sahəsinə investisiya planının hələ də heç bir əlaməti yoxdur.
"İndi pul yoxdur və dörd il ərzində də olmayacaq, buna görə də bir çox texnoloji cəhətdən qabaqcıl şirkətlər pul üçün Almaniyaya, Polşaya və ya ABŞ-a gediblər, bu da o deməkdir ki, biz çevrilmələri həyata keçirmək üçün lazım olduğunu bildiyimiz sənaye bazasını faktiki olaraq tükətmək riskini daşıyırıq, bu da mənə elə gəlir ki, yalnız dörd ildən sonra baş verəcək", - Berrons bildirib.
Gələcəkdə Böyük Britaniya müdafiə üçün nəzərdə tutulan vəsaitləri xaricdəki layihələrə xərcləyəcək, o əlavə edib: "Mən buna təəssüflənirəm".
Generalın fikrincə, vəziyyəti düzəltmək üçün Böyük Britaniyanın Müdafiə Nazirliyi üçün ildə əlavə 10 milyard funt sterlinq lazımdır.
Almaz Həsənli