Fitsodan Ukraynanın AB-yə daxil olmasını dəstəkləməyəcəyinə zəmanət verməsini tələb edirlər

Fitsodan Ukraynanın AB-yə daxil olmasını dəstəkləməyəcəyinə zəmanət verməsini tələb edirlər

11:26
Bəyəndim (1) Bəyənmədim (0)


Slovakiya millətçi siyasətçiləri Baş nazirdən səlahiyyət müddətinin sonuna qədər Ukraynanın AB-yə daxil olmasını dəstəkləməyəcəyinə zəmanət verməsini tələb edirlər.
Koalisiyaya daxil olan Slovakiya Milli Partiyası (SNS) Baş nazir Robert Fitsodan növbəti seçkilərə qədər səlahiyyət müddəti ərzində Ukraynanın AB-yə daxil olmasına heç vaxt səs verməyəcəyinə zəmanət verməsini tələb edəcək. SNS rəhbəri Andrey Danko bu barədə Facebook-da məlumat verib.
Partiya Slovakiya Baş naziri ilə Ukrayna Prezidenti arasında danışıqlara qəti şəkildə qarşı çıxdığını bildirir və Ukraynanın AB-yə daxil olmasını dəstəkləmir.

Danko qeyd edib ki, "SNS əmindir ki, Slovakiya Respublikasının Baş nazirinin Ukraynanın Aİ-yə qoşulmasında dəstəyin olacağını Slovakiya adından bəyan etmək səlahiyyəti yoxdur".

Partiya bildirir ki, Slovakiya hökumətinin bir hissəsi olaraq, Fitso Ukraynanın Aİ-yə daxil olmasına səs verməyəcəyinə zəmanət verməsə, "son dərəcə siyasi məsuliyyətə" getməyə hazırdır.

Prezident Volodimir Zelenski Yerevanda keçirilən Avropa Siyasi Sammiti zamanı Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşüb.

Daha əvvəl Zelenski Fitso ilə telefon danışığı aparıb. Daha sonra Slovakiyanın Baş naziri gözlənilmədən Ukraynanın razılığı olmadan Rusiya ilə heç bir sülh müqaviləsinin mümkün olmadığını bildirib.

Əziz MUSTAFA