Domodedovo və Jukovski hava limanları fəaliyyətini dayandırıb

Domodedovo və Jukovski hava limanları fəaliyyətini dayandırıb

13:25
Bəyəndim (2) Bəyənmədim (0)


Moskvada, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti məlumat yayıb.
Vnukovo hava limanı fəaliyyətini təxminən yarım saat əvvəl dayandırıb. Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün zəruridir. Bu cür tədbirlər adətən bir bölgədə dron xəbərdarlığı qüvvədə olduqda tətbiq olunur.
Qeyd edək ki, günün əvvəlindən bəri Moskvaya yaxınlaşarkən altı dron vurulub.
Almaz Həsənli