İranda İsa Məsih saxlanılıb

İranda İsa Məsih saxlanılıb

15:28
Bəyəndim (2) Bəyənmədim (0)


İranın Yəzd əyalətindəki hüquq-mühafizə orqanları İsa Məsih olduğunu iddia edən bir təriqətin qurucusunu saxlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə əyalət prokuroru Mehdi Həsənpur məlumat verib.
"Əyalətdəki təriqət lideri əvvəlcə Tanrı tərəfindən seçildiyini iddia edib, sonra İsa Məsihə istinad edərək öz ilahiliyini elan edib. O, xurafat aşılayıb, qeyri-adi zahidlik tətbiq edib və davamçılarını eqoist məqsədlər üçün istismar edib", - “Mehr” xəbər agentliyi onun sözlərini sitat gətirib.
Prokurorun sözlərinə görə, təriqət üzvləri Quranı yandırıb, müqəddəs yerləri təhqir edib, müsəlman din xadimlərini təhqir edib və İsrailin İran üzərində qələbəsi üçün dua ediblər. O qeyd edib ki, istintaq zamanı təriqətdə əsas rol oynayan üç nəfər saxlanılıb.
Almaz Həsənli