KXDR Cənubi Koreya ilə rəsmən birləşməkdən imtina etdi
Şimali Koreya Konstitusiyasını yeniləyib və ərazisini Cənubi Koreya ilə həmsərhəd olaraq müəyyən edib. Sənəddən iki ölkənin mümkün birləşməsi ilə bağlı bütün istinadlar çıxarılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, Pxenyanın qanunverici orqanı olan Ali Xalq Məclisinin mart ayındakı iclasında qəbul edilən dəyişiklik, Şimali Koreyanın Konstitusiyasına ərazi maddəsi əlavə etdiyi ilk haldır.
İndi KXDR ərazisini Çin, Rusiya və Cənubi Koreya ilə həmsərhəd olan torpaqlar, o cümlədən ərazi suları və hava məkanı kimi müəyyən edir.
Maddədə həmçinin qeyd olunur ki, Şimali Koreya öz ərazisinin "pozulmasına heç vaxt dözməyəcək", lakin Cənubi Koreya ilə sərhədinin yerini dəqiqləşdirmir və Sarı dənizdəki Şimal Sərhəd Xətti kimi mübahisəli dəniz sərhədlərini birbaşa qeyd etmir.
Həmçinin əsas sənəddən Koreyanın "sülh yolu ilə birləşməsi" və "böyük milli birlik" kimi terminlər də daxil olmaqla, Koreyanın birləşməsi ilə bağlı bütün istinadlar yox olub.
Əsas sənəddən dövlətin mərhum qurucusu Kim İr Senin və hazırkı lider Kim Çen Inın mərhum atasının nailiyyətləri çıxarılıb.
Konstitusiyanın yeni redaksiyası Kim Çen Inın statusunu yüksəldib, o, dövlət başçısı adlandırılıb və ilk dəfə Ali Xalq Məclisindən üstün mövqedə olub.
Ona həmçinin nüvə qüvvələrinə komandanlıq etmək və bu səlahiyyətləri başqasına həvalə etmək hüququ verilir.
KXDR və Cənubi Koreya arasındakı münaqişə XX əsrin ortalarından davam edir və İkinci Dünya müharibəsindən sonra Koreyanın iki təsir dairəsinə - şimalda sovet, cənubda isə Amerika təsir dairəsinə bölünməsindən qaynaqlanır.
Almaz Həsənli






















.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)




























