Axios: Tramp administrasiyası İranla müharibəyə son qoymaq barədə razılığa yaxın olduqlarını düşünür

Axios: Tramp administrasiyası İranla müharibəyə son qoymaq barədə razılığa yaxın olduqlarını düşünür

15:06
Bəyəndim (2) Bəyənmədim (0)


Ağ Ev, ABŞ və İranın müharibəyə son qoyacaq və İranın nüvə proqramı ilə bağlı daha ətraflı danışıqlar üçün zəmin yaradacaq "bir səhifəlik anlaşma memorandumu" imzalamaya yaxın olduqlarını düşünür. Oxuməni.az xəbər verir ki, bu barədə “Axios”, iki ABŞ rəsmisinə və vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
ABŞ, İranın cavabını yaxın 48 saat ərzində gözləyir. Nəşrin həmsöhbətləri qeyd edirlər ki, hələ heç bir şey tam razılaşdırılmayıb, lakin bu, müharibənin başlanmasından bəri razılığa ən yaxın anıdır.
Memorandum, Hörmüz boğazı, İranın nüvə proqramı və ABŞ sanksiyaları ilə bağlı daha ətraflı bir razılaşmanın müzakirə olunacağı 30 günlük danışıqlar dövrünü nəzərdə tutur.
Müzakirə olunan memorandum 14 maddədən ibarətdir, o cümlədən İranın uranın zənginləşdirilməsinə moratorium qoymaq öhdəliyi, ABŞ-ın sanksiyaları ləğv etmək və milyardlarla dollarlıq İran aktivlərini dondurmaqdan çıxarmaq razılığı, həmçinin hər iki tərəfin Hörmüz boğazına qoyulan məhdudiyyətləri aradan qaldırması.
Nəzərdə tutulur ki, İranın Hörmüz boğazını bağlaması və ABŞ-ın İran limanlarını bloklaması 30 günlük danışıqlar müddətində tədricən aradan qaldırılacaq. Tərəflər İranın uranın zənginləşdirilməsinə qoyulan moratoriumun müddəti barədə müzakirələri davam etdirirlər. “Axios”-un üç mənbəsi bildirir ki, bu müddət ən azı 12 il olacaq, başqa bir mənbə isə 15 il müddətini göstərir. Tehran əvvəlcə beş illik, ABŞ isə 20 illik moratorium təklif etmişdi.
Memorandumda həmçinin qeyd olunur ki, İran heç vaxt nüvə silahı yaratmağa cəhd etməyəcəyinə və onun yaradılması ilə bağlı fəaliyyət aparmayacağına söz verir. Tehran MAQATE tərəfindən qeyri-planlaşdırılmış yoxlamalara razılıq verir. Razılaşma həmçinin İranın yüksək zənginləşdirilmiş uranın ixracına razılaşacağını nəzərdə tutur - ehtimal ki, ABŞ-a.
Almaz Həsənli