İsrail Müdafiə Qüvvələri Qəzzada iki HƏMAS qrupunu məhv edib
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının şimalında iki HƏMAS silahlı qrupunu məhv etdiklərini açıqladı. Onlar Fələstin anklavında yerləşən İsrail qoşunlarına yaxınlaşmğa cəhd edirdilər.
"Qoşunlar Qəzza zolağının şimalında yerləşən qoşunların yaxınlığında fəaliyyət göstərən silahlı HƏMAS terrorçu qrupunu müəyyən etdilər. Qrupu müəyyən etdikdən sonra qoşunlar təhlükəni aradan qaldırmaq üçün silahlıları məhv etdilər", - deyə İMQ mətbuat xidməti açıqlamasında bildirib.
Nazirlik əlavə edib ki, "ayrı bir hadisədə Qəzza zolağının şimalında yerləşən əsgərlər Sarı Xətt yaxınlığında fəaliyyət göstərən və qoşunlara yaxınlaşmağa davam edən, dərhal təhlükə yaradan başqa bir terrorçu bölməsini müəyyən ediblər". "Terrorçuları müəyyən etdikdən sonra İsrail Hərbi Hava Qüvvələri onlardan birini vurub öldürdü və daha bir terrorçu sonradan öldürüldü", - deyə nazirlik bildirib.
Əziz MUSTAFA



























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)






















