Zelenski Bəhreyn hakimiyyətinə "Drone Deal" təklif edib

Zelenski Bəhreyn hakimiyyətinə "Drone Deal" təklif edib

16:01
Bəyəndim (0) Bəyənmədim (0)


Ukrayna dövlətinin başçısı Bəhreynin kralı Həmad bin İsa Al Xəlifə ilə görüşüb, onunla İrandan Bəhreynə edilən zərbələr barədə müzakirə aparıb. Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti sosial şəbəkələrində məlumat verib.
Ukrayna Prezidenti Volodimir Zelenski Bəhreyn rəsmilərinə pilotsuz təyyarələr sahəsində əməkdaşlıq müqaviləsi təklif edib ki, bu da ölkənin İran pilotsuz təyyarələrinin hücumlarına qarşı müqavimətini gücləndirə bilər. Ukrayna dövlətinin başçısı Manama şəhərində Bəhreynin kralı Həmad bin İsa Al Xəlifə ilə görüşüb.
"Biz İrandan Bəhreynə və digər ölkələrə edilən zərbələr, həmçinin Hörmüz boğazı ətrafındakı vəziyyət barədə danışdıq. Ölkəmiz demək olar ki, hər gün belə terror hücumlarına məruz qalır və insanlarımızın tammiqyaslı müharibə şəraitində müdafiə sahəsində müvafiq təcrübəsi var", - deyə Ukrayna prezidenti bildirib.
"Ukrayna bu təhlükəsizlik təcrübəsini Bəhreynlə bölüşməyə və insan həyatının müdafiəsinin gücləndirilməsinə kömək etməyə hazırdır. Mən "Drone Deal" bağlamağı və Bəhreynlə əməkdaşlığı genişləndirməyi təklif etdim", - deyə Zelenski əlavə edib.
Son iki ay ərzində Ukrayna lideri Yaxın Şərqin bir neçə ölkəsinə, o cümlədən iki dəfə Səudiyyə Ərəbistanına, həmçinin Birləşmiş Ərəb Əmirliklərinə, Qətərə və Suriyaya səfər edib. Bazar ertəsi axşamdan etibarən o, Bəhreynə səfərdədir. Daha əvvəl Zelenski bildirmişdi ki, Ukrayna bu region ölkələri ilə İran pilotsuz təyyarələrinə qarşı mübarizə təcrübəsini bölüşməklə əməkdaşlığa başlayıb.
Almaz Həsənli