Səudiyyə Ərəbistanı ABŞ-a "Azadlıq Layihəsi" əməliyyatında kömək etməkdən imtina etdi
Səudiyyə Ərəbistanı ABŞ-ın Hörmüz boğazından gəmilərin tranzitini təşkil etmək planı olan "Azadlıq Layihəsi" əməliyyatına dəstəyindən imtina etdi, çünki Vaşinqton krallığa təşəbbüsü barədə əvvəlcədən məlumat verməyib. NBC News bu barədə ABŞ administrasiyasının iki adı açıqlanmayan rəsmisinə istinadən məlumat verib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın sosial media platforması TruthSocial-da verdiyi əməliyyatla bağlı açıqlama Körfəz ölkələrini təəccübləndirib və "Səudiyyə Ərəbistanı rəhbərliyini qəzəbləndirib". Buna cavab olaraq Ər-Riyad Vaşinqtona ABŞ qoşunlarının Şahzadə Sultan hava bazasından qalxmasına icazə verməyəcəyini və onların hava məkanından istifadəsini qadağan edəcəyini bildirib.
NBC News-un məlumatına görə, Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudla sonrakı telefon danışığı vəziyyəti düzəltməyə kömək etməyib. Daha sonra Amerika lideri əməliyyatı dayandırmağa məcbur olub.
Mayın 5-də Ağ Ev ABŞ-ın İranla bağlı danışıqların uğurla başa çatacağı və razılaşmanın bağlanacağı barədə məlumat alana qədər Hörmüz boğazından gəmilərin tranzitini təşkil etmək əməliyyatını dayandırmaq qərarına gəldiyini açıqladı.
Əziz Mustafa








































.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)









