Cənubi Koreyada məhkəmə sabiq baş nazir Xan Dok Suya verilən cəzanı azaldıb
Mayın 7-də, cümə axşamı, Seul Apelyasiya Məhkəməsi Cənubi Koreyanın sabiq baş naziri Xan Dok Suya verilən 23 illik həbs cəzasını 15 ilə endirib. Sabiq baş nazir 2024-cü ilin dekabrında o vaxtkı prezident Yun Sok Yol tərəfindən elan edilmiş hərbi vəziyyətin tətbiqində iştirakına görə məhkum edilib. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
Cəzanın yüngülləşdirilməsinə səbəb "hərbi vəziyyət tətbiq olunana qədər dövlət vəzifələrində 50 ildən çox xidmət etməsi" olub. 76 yaşlı Xan ilkin hökmün çıxarıldığı yanvar ayından bəri həbsdədir.
Seul Apelyasiya Məhkəməsi aşağı instansiyanın ittihamlarını ümumilikdə təsdiqləyib, lakin cəzanı yüngülləşdirib. Sədr hakim bildirib ki, iş materiallarında "məhkumun qiyamda daha fəal iştirakına, məsələn, əvvəlcədən razılaşma və ya əməliyyata sistemli rəhbərlik etməsinə dair sübut tapmaq çətindir".
Bununla belə, məhkəmə qeyd edib ki, Xan "özünə həvalə edilmiş səlahiyyətlərdən və vəzifəsindən irəli gələn ciddi məsuliyyətdən imtina edib və qiyamçıların tərəfinə keçib". Ağ köynək və qalstuksuz qara kostyumda məhkəmə iclasında iştirak edən Xan, heç bir əhəmiyyətli reaksiya göstərmədən hökmü dinləyib.
Almaz Həsənli













































.jpg)
.jpg)
.jpg)




































