Dronlar Moskva vilayətində Rusiya Müdafiə Nazirliyinin Logistika Mərkəzinə hücum edib
7 may səhəri dronlar yenidən Moskvaya hücum edib. Moskva vilayətinin Naro-Fominsk sakinləri partlayışlar və hava hücumundan müdafiə fəaliyyəti barədə məlumat verdilər.
Daha sonra Telegram kanalları Rusiya Müdafiə Nazirliyinə məxsus Nara istehsal və logistika kompleksinə hücum aşkar edildiyini bildirdi. Bu kompleks Naro-Fominskdə, 180-200 hektardan çox ərazini əhatə edən, 3 nömrəli Hərbi Şəhərciyin daxilində yerləşir.
O, avadanlıqdan tutmuş qidaya qədər müxtəlif hərbi yüklərin saxlanması və paylanması üçün nəzərdə tutulub və Rusiya ordusu üçün avtomatlaşdırılmış logistika təmin edir.
Nəticə etibarilə, bu obyektə hücum Rusiya ordusunun təchizat zəncirinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Əziz MUSTAFA
Digər xəbərlər




















































.jpg)
.jpg)
.jpg)





























