Özbəkistan vətəndaşı terror təşkilatını maliyyələşdirməkdə təqsirli bilinərək 12 il həbs cəzasına məhkum edilib

Özbəkistan vətəndaşı terror təşkilatını maliyyələşdirməkdə təqsirli bilinərək 12 il həbs cəzasına məhkum edilib

14:00
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiya məhkəməsi Özbəkistan vətəndaşını terror fəaliyyətinə cəlb etməkdə və kömək etməkdə təqsirli bilərək hökm çıxarıb. Özəkəsilli şəxs qadağan olunmuş Katiba Tavhid vəl-Cihad təşkilatı ilə əlaqəsinə görə 12 il həbs cəzası alıb.

İstintaq müəyyən edib ki, məhkum edilmiş kişi bank məlumatlarından və telefon nömrəsindən istifadə edərək yaraqlılar üçün silah, sursat və avadanlıq almaq üçün vəsait toplayıb. Bundan əlavə, 2024-cü ilin mart ayında o, təşkilata qoşulmaq üçün başqa bir şəxsi cəlb etməyə cəhd edib.

İstintaq zamanı kişi həmçinin terror təşkilatının nümayəndələrinə sonradan çatdırılması üçün hesabına 10.000 rubl köçürülməsini istəyib. Məhkəmə toplanmış dəlillərin uzun müddətli həbs cəzası üçün kifayət qədər olduğunu müəyyən edib.

Əziz MUSTAFA