Paşinyan Moskvada keçiriləcək Qələbə Günü Paradında iştirak etməyəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək 9 May şənliklərində iştirak etməyəcək. O, buna səbəb kimi Ermənistanda seçki kampaniyasının başlamasını göstərib. Oxuməni.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat verib.
"1 apreldə Moskvaya səfərim zamanı Rusiya prezidentinə məlumat verdim ki, Ermənistanda seçki kampaniyası başladığı üçün 9 may tədbirlərində iştirak edə bilməyəcəyəm", - deyə Paşinyan cümə axşamı hökumət iclasından sonra jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Kreml bildirib ki, 9 may Qələbə Günündə Moskvaya "təxminən 20" xarici ölkə lideri gələcək. Slovakiyanın Baş naziri Robert Fitso da səfərini təsdiqləyib. O, paradda iştirak etmək niyyətində deyil, lakin Vladimir Putinlə görüşəcək.
Ermənistanda parlament seçkiləri 7 iyuna təyin edilib. Yeni baş nazir onların nəticələrinə əsasən seçiləcək.
Almaz Həsənli






















































.jpg)
.jpg)
.jpg)



























