İnsanları çaşdıran svetoforlar

İnsanları çaşdıran svetoforlar

26 May 2023 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın Barselona şəhərində 10-dan çox panelli işıqfor qoyulub. Bir çox insanlar işığı anlamaqda çətinlik çəkdiklərini desələr də, bəziləri velosipedçilər üçün işığı tetrisə, hətta tapmacaya bənzədirlər. Bu günlərdə İspaniyanın Barselona şəhərində bu tip işıqforlar gündəmdədir. 10-dan çox panellə qoyulmuş svetofor işıqlarını başa düşmək asan deyil. Barselonada velosipedçilər Tetris svetoforu adlanan təəccüblü yeni işıqfor sistemi qarşısında heyrətə gəlirlər. "Mən çox aydın başa düşmürəm, ən qəribəsi odur ki, hər istiqamət üçün iki ekran var. Bəzi ekranlarda iki işıq var, bəzilərində yox, mən heç nə başa düşmürəm. Həqiqət budur ki, bu işıqfor da ola bilərdi. Bir az daha yaxşıdır" deib ispaniyalı. Bununla belə, yeni işıqfor sisteminin çox aydın olduğunu düşünənlər də var. "Sadəcə diqqətli olmalısınız, o sizə deyir ki, soldan diqqətlə keçə bilərsiniz, düz irəlidə yaşıl, sağda isə qırmızıdır", - deyə digər yerli sakin bildirib.

Yeni işıqfor sistemi keçən cümə axşamı Ronda de Sant Pere və Mendez Nunez küçələrinin kəsişməsindəki velosiped yolunun yeni hissəsində işə salınıb. Əhalinin sıx məskunlaşdığı ərazilərdə daha da artacağı gözlənilir.

Murad Şahməmmədov