Mars zəlzələsindən sonra şok edici kəşf

Mars zəlzələsindən sonra şok edici kəşf

30 May 2023 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Alimlər maraqlı kəşf ediblər. Kosmosun tədqiqində mühüm yeri olan Marsda baş verən zəlzələlər yeni bir reallığı ortaya qoyub. Mars zəlzələsindən sonra şok edici kəşf. Dörd il izləndi və həqiqət sonda üzə çıxdı.

Məlumata görə, Marsın qabığının yer qabığından təxminən 70 faiz qalın olduğu açıqlanıb. Ölçmə NASA-nın dörd yer ili ərzində Marsda yer qabığının hərəkətlərini qeyd edən stasionar seysmometr olan “InSight” eniş aparatının məlumatlarına əsaslanır. NASA “InSight” eniş aparatı vasitəsilə 2022-ci ilin may ayında Marsda 4,7 bal gücündə zəlzələ qeydə aldı və bu zəlzələ altı saatdan çox davam etdi. Müəyyən edilib ki, zəlzələ Marsın qabığını üç dəfə dövr edib.

Bu məlumatlardan istifadə edərək, Sürix universitetinin seysmoloqu Doyeon Kim və onun komandası planetin qabığının qalınlığını təxmin edib. Sözügedən zəlzələ ilə bağlı açıqlama verən Kim, “Biz bu zəlzələni izləyə bildiyimiz üçün həqiqətən şanslıyıq” deyə bildirib. Marsın orbitində fırlanan alətlərin topoloji və qravitasiya məlumatları göstərir ki, planetin şimal yarımkürəsi onun cənub yarımkürəsindən aşağıdır.

Elm adamları qeyd ediblər ki, əvvəllər bunun Marsın şimalında cənubla müqayisədə fərqli qaya sıxlığı ilə bağlı olduğunu düşünsələr də, son tapıntılar qaya sıxlığının eyni olduğunu lakin şimalda Marsın qabığının daha incə olduğunu göstərir. Yer qabığının dərinliyini öyrənən komanda tərəfindən Marsın daxili istiliyinin çox hissəsinin böyük ehtimalla yer qabığından qaynaqlandığının təxmin edildiyi açıqlanıb.

Murad Şahməmmədov