Yetmiş altı dəfə barmağıyla təkanla bədənini qaldıraraq adını Ginnesə yazdırıb

Yetmiş altı dəfə barmağıyla təkanla bədənini qaldıraraq adını Ginnesə yazdırıb

19 İyun 2023 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

“Baş barmağıyla təkanla bədənini qaldırma rekordu” ilə Ginnesə daxil oldu. Mersində təqaüdçü olan Ali Polat yarışmada 1 dəqiqədə 76 dəfə barmağıyla təkanla bədənini qaldıraraq adını Ginnesin Rekordlar Kitabına yazdırıb. Polat bundan əvvəl 252 dəfə tək ayaq üzərində iplə tullanaraq rekorda imza atmışdı. Mersinin Tarsus rayonunda yaşayan təqaüdçü işçi Ali Polatın adı ikinci dəfə Ginnesin Rekordlar Kitabına düşüb.

Cəmi 8 yaşında boksçu qardaşının atladığı kəndirlə məşqə başlayan Polat 252 dəfə tək ayaq üstə iplə tullanaraq 51 yaşında müraciət etdiyi Ginnesin Rekordlar Kitabına düşməyi bacarıb.

Adını kitaba yazmaq həvəsini davam etdirən Polat ikinci dəfə rekord qırmaq üçün çalışdı və bu dəfə "Baş barmaqla təkənla qaldırma" yarışmasına qatıldı. Bu yarışmada uğur qazanan və 1 dəqiqədə 76 təkanla bədənini qaldıraraq Ginnesin Rekordlar Kitabına düşmək hüququ qazanan Polat ikinci dəfə adını kitaba yazdı.

"BRUCE LEE-yə baxdım, rekord qırdım"-deyə qalib bildirib. Qırdığı rekordlara görə sertifikatlarını da alan Ali Polat uğurlarından danışıb. Gənc idmançılara məsləhətlər verib.

"Ginnesin Rekordlar Kitabına düşmək mənim üçün çox xoşdur. Bu macəraya 8 yaşımda başlamışam. Əvvəllər Brüs Li-nin filmlərinə baxırdım. Ona heyran idim. O, bir barmağı ilə təkanla bədənini qaldırırdı. Onun filmləri mənim üçün heyranedici idi. Çox çalışdım, nəhayət ki, bacardım. 2018-ci ildə bir ayağımla 252 dəfə iplə tullanaraq rekordlar kitabına vəsiqə qazandım",- deyə Polat bildirib.

"Baş barmaqlarımla 1 dəqiqə ərzində 76 təkanla qaldırma hərəkəti edərək birinci yeri qazandım. Orada da dünya rekorduna imza atdım. Ölkəmizin və şəhərimizin iki dəfə rekordlar kitabına yazılması mənim üçün çox xoşdur",- deyə idmançı sözlərinə əlavə edib.

Murad Şahməmmədov