Yeraltı sular tükəndikcə dünyanın oxu dəyişir

Yeraltı sular tükəndikcə dünyanın oxu dəyişir

20 İyun 2023 15:49
Bəyəndim (2) Bəyənmədim (0)

Alimlərin yeni araşdırması qrunt sularını sürətlə tükəndirməklə Yerin oxunu dəyişdirdiyimizi ortaya çıxarıb. Su ehtiyacımızın böyük hissəsini təmin edən qrunt suları ilə bağlı təəccüblü bir fakt səslənib. Alimlər qrunt sularının azalması ilə Yerin qütblərinin yerdəyişdiyini aşkar ediblər. Üstəlik, sözügedən yerdəyişmə cüzi səviyyədə deyil. Cəmi 17 il ərzində Şimal və Cənub qütblərinin 78,48 santimetr şərqə doğru yerdəyişməsi müəyyən edilib.

Bəs yeraltı suların azalması qütb nöqtələrinə necə təsir edir?

Bu sualın cavabı əslində fizikadadır. Hər hansı fırlanan obyektin çəkisinin paylanmasında dəyişiklik edildikdə, fırlanma oxu da dəyişəcək. Yerdəki çəki dəyişməsinin bir hissəsi yeraltı suların azalması ilə əlaqədardır.

Təbii ki, yeraltı sular buxara çevrilmir. İstər kənd təsərrüfatı, istərsə də gündəlik istifadə üçün biz bu suları səthə çıxarırıq, istifadə edirik və yenidən təbiətin dövriyyəsinə buraxırıq. Lakin su birbaşa yerin altına getmir, əvvəlcə okeanlarda toplanır.

Dünyanın tarazlığını pozan bu bölgüdəki balanssızlıqdır. Suyun sulu təbəqələrdən okeanlara paylanması Yerin fırlanma oxunu dəyişdirir.

Alimlərin araşdırmalarında danışdıqları 17 illik dövr bizim geridə qoyduğumuz 17 il deyil. Tədqiqatdakı məlumatlar 1993-2010-cu illər arasında müşahidə edilən qütb hərəkətindən ibarətdir. Beləliklə, cari oxun yerdəyişməsini yalnız hazırda təxmin etmək olar.

Hesablamalara görə, bu 17 il ərzində biz cəmi 2150 giqaton qrunt suyu istehlak etmişik.

Yəni bu bizə təsir edəcəkmi?

Uzunmüddətli perspektivdə bəli, qütblərimiz dəyişə bilər. Əslində, belədir və bu təbiidir. Alimlərin tapıntılarına görə narahatedici məqam odur ki, bizim ən həyati ehtiyatlarımızdan biri olan qrunt suları sürətlə tükənir.

Bu, təkcə həyatımıza deyil, Yerə və bütün canlılara da təsir edəcək. Okeanlar yüksəldikcə qurunun faizi azalacaq.

Murad Şahməmmədov