Niyə təyyarə pilotları həmişə eyni cür eynək taxırlar?

Niyə təyyarə pilotları həmişə eyni cür eynək taxırlar?

21 İyun 2023 14:22
Bəyəndim (3) Bəyənmədim (0)

İlk dəfə 1930-cu illərdə dizayn edilmiş pilot eynəkləri aviasiya sənayesi və texnologiyasındakı böyük dəyişikliklərə baxmayaraq, təxminən 100 il əvvəlki formasını saxlamağa davam edir. Bu, təkcə dizayn baxımından zamansız olduğuna görə deyil, həm də cəmiyyət tərəfindən zamansız bir simvola çevrildiyinə görədir.

Demək olar ki, hamımız həyatımızın bir dönəmində aviator eynəkləri taxmışıq. Zamansız olan bu eynəklərin xarakterik dizaynı illər ərzində demək olar ki, dəyişməyib.

Bəs bu dizayn illər ərzində populyarlığını necə qoruyub saxlaya bildi? Gündəlik həyatımızda adi bir əşya kimi öz yerini tutan pilot eynəklərinin əslində maraqlı bir hekayəsi var.

Bu, pilotların gözlərini qorumaq üçün ilk eynəklərin dizaynı idi. Onun müasir formasının indi pilotlardan başqa hər kəs tərəfindən istifadə edilən ilk nümunəsi 1930-cu illərdə yalnız pilotlar üçün nəzərdə tutulmuşdur. Bu eynəklər aviasiya sənayesi üçün lazım olan xüsusiyyətlərə malik idi. Şüşə və nazik metal çərçivələri olan və gözyaşları adlanan bu eynəklər, parıltını azaltmaq üçün qütbləşmiş eynəklər olduğundan pilotlar tərəfindən istifadə edilirdi.

Aviasiya sənayesi son 100 il ərzində çox inkişaf edib və dəyişib. Bəs aviator eynəkləri necə eyni qalmağı bacardı?

Aviator eynək modeli pilotların sadə ehtiyacını ödəmək üçün 1900-cü illərin əvvəllərində ortaya çıxıb. Pilotlar təyyarələri ilə qalxdıqca başları ağrıyır və xəstələnirdilər. Qalın, xəz astarlı eynəklər isə onların görmə qabiliyyətini çox məhdudlaşdırırdı.

Bir həmkarının uzun uçuşdan sonra gözlərinin şişdiyini görən digər pilot, ideal eynək hazırlamaq üçün Bausch & Lomb ilə əməkdaşlıq etmək qərarına gəlib.

Böyük linzaları və tənzimlənən burun yastıqları ilə hazırlanan aviator modeli tezliklə məşhurlaşıb. Nəticə möhtəşəm olub. Çox yüngül olan, baxış bucağını son dərəcə rahat edən və üzün çox hissəsini örtməyi bacaran eynəklər Bausch & Lomb tərəfindən Ray-Ban Aviator adını almış və 1930-cu illərdə satışa çıxarılmışdır. Elə o vaxtdan bəri də bu eynəklər, bu dizaynda günümüzə kimi formasını dəyişmədən gəlib çıxmışdır...

Murad Şahməmmədov