Qlobal istiləşmənin nəticəsində minlərlə balıq məhv olur

Qlobal istiləşmənin nəticəsində minlərlə balıq məhv olur

25 İyun 2023 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Tailandın cənubunda minlərlə ölü balıq sahilə çıxıb. Mütəxəssislər hadisənin dəniz yosunların intensiv partlaması nəticəsində baş verdiyini və bunun səbəbinin qlobal istiləşmə olduğunu bildiriblər.

Elm adamları qlobal istiləşmənin Taylandın cənubundakı Chumphon əyalətində baş verdiyini deyiblər. Təxminən 4 kilometrlik sahil xətti boyunca ərazidə minlərlə ölü balığın sahilə çıxmasına, dəniz yosunların səbəb olduğu izah edilir.

Kasetsart Universitetinin Balıqçılıq fakültəsinin dekan müavini Thon Thamrongnawasawat balıqların ölümünü yosunların çiçəklənməsi ilə əlaqələndirib ki, bu təbii hadisə suda oksigen səviyyəsini aşağı salır və balıqların boğulmasına səbəb olur.

Yosun çiçəklərinin sayı təkcə Taylandda deyil, dünyanın bir çox yerində artmaqdadır. Aprel və May aylarında qlobal dəniz səthi temperaturunun bu aylar üçün qeydə alınan ən yüksək temperatur olduğunu bildirən İngiltərə Meteorologiya İdarəsi, bunun səbəbinin qlobal istiləşmə təsirindın olan təbii iqlim fenomeni olduğunu bildirib.

Bu ay ABŞ-ın Texas ştatında çimərliklərdə minlərlə ölü balıq tapılıb. Cənubi Kaliforniyada isə yüzlərlə delfin zəhərli yosun çiçəkləri səbəbindən ölü və ya xəstə halda sahilə çıxmağa davam edir. Kaliforniyada yosunların çiçəklənməsinə səbəb yüksək temperatur yox, güclü sahil axınları olsa da, elm adamları qlobal istiləşmənin zəhərli yosun çiçəklərini artıra biləcəyini də söyləyib.

Digər tərəfdən, Avstraliyadakı Yeni Cənubi Uels Universitetinin iqlimşünası Sarah Perkins-Kirkpatrick deyib: "İstər Avstraliya, istərsə də İngiltərə ətrafında hazırda olduqca pis dəniz isti dalğaları yaşanan yerlər müşahidə olunur. Bu yerli ekosistemləri ciddi şəkildə zədələyəcək...

Murad Şahməmməd