Tərəzinin bir tərəfinə gəlini, o biri tərəfinə qızıl külçələri qoyublar -Video

Tərəzinin bir tərəfinə gəlini, o biri tərəfinə qızıl külçələri qoyublar -Video

4 İyul 2023 11:24
Bəyəndim (1) Bəyənmədim (0)

Dubayda keçirilən toyda pakistanlı gəlinlə qızıl külçələrin çəkilməsinin videosu sosial şəbəkələrdə yayılıb. Bir çox xarici istifadəçi isə xalqın yoxsulluqla mübarizə apardığını bildirərək vəziyyətə pis reaksiya verib.

Dubayda varlı pakistanlı ailənin toyu sosial mediada maraqlı reaksiyalar toplayıb. Görüntülərdə gəlinin tərəzidə oturaraq qızıl külçələrlə çəkilməsi əks olunub. İstifadəçilər ölkədə yoxsulluqla mübarizə aparan insanlarla həddindən artıq lüks həyata qaçan ailə arasındakı uçuruma diqqət çəkiblər.

Sosial mediada paylaşılan görüntülərdə gəlin nəhəng tərəzinin bir tərəfinə oturub, digər tərəfinə isə qızıl külçələr qoyulub. Gəlinin dəyərinə diqqət çəkmək istəyənlərin görüntüləri sosial media istifadəçilərinin xoşuna gəlməyib.

Bir çox istifadəçi bu ailəyə pis reaksiya göstərərək, insanların əksəriyyətinin ölkədə yoxsulluqla mübarizə apardığını, belə ailələrin isə həddindən artıq dəbdəbə və israfçılığa meylli olduqlarını iddia ediblər. Görüntülər qəzəb doğurduqdan sonra cütlüyün ailələri külçələrin əslində qızıl suyuna çəkildiyini açıqladılar.

Murad Şahməmməd