Arxeoloqlar Belqorodda çar Mixail Romanovun dövrünə aid sikkə tapıblar

Arxeoloqlar Belqorodda çar Mixail Romanovun dövrünə aid sikkə tapıblar

7 İyul 2023 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Arxeoloqlar Belqorodun mərkəzində qazıntılar zamanı 17-20-ci əsrin əvvəllərinə aid qədim sikkələr tapıblar. Qədim əşyalar arasında Romanovlar sülaləsindən olan ilk rus hökmdarı Çar Mixail Romanovun dövrünə aid nadir nümunə aşkar edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə TASS regional hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Alimlərin əsas tapıntılarından biri gümüş sikkə olub ki, ona çox vaxt “tərəzi” deyirlər. Onlar 300 ildən çox müddətə - knyaz Dmitri Donskoyun dövründən 18-ci əsrin əvvəllərində İmperator I Pyotrun dövrünə qədər zərb edilmişdir.

“Tərəzi bu günə qədər tapılan ən qədim sikkədir. Çar Mixail Fedoroviç Romanovun hakimiyyəti dövründə (1613-1645) zərb edilmişdir. Sikkənin materialı gümüşdür, çəkisi 0,46 qramdır”, – deyə arxeoloji təşkilatın laborantı Oleq Popov bildirib.

Eyni zamanda, arxeoloqlar denqu - İmperator Anna İoannovna və Yelizaveta Petrovnanın hakimiyyəti dövrünə aid mis sikkələr tapıblar. Bundan əlavə, imperator II Nikolayın tacqoyma mərasimi üçün kəsilmiş sikkə və 1917-ci ildə buraxılmış 10 pfenniq dəyərində sink sikkə tapılıb.

Murad Şahməmməd