Metanla işləyən ilk raket kosmosa buraxılıb

Metanla işləyən ilk raket kosmosa buraxılıb

13 İyul 2023 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin “LandSpace” şirkəti tərəfindən hazırlanmış dünyanın ilk metan və maye oksigenlə işləyən “Zhuque-2” raketi uğurla kosmosa göndərilib.

“South China Morning Post” (SCMP) xəbərinə görə, özəl aerokosmik şirkəti “LandSpace” raketin kosmosa buraxılması ilə bağlı açıqlama verib.

Qobi səhrasındakı Jiuquan peyk buraxılış mərkəzindən buraxılan Zhuque-2, faydalı yükünün Günəşlə sinxron orbitə uğurla çıxaran ilk metanla işləyən raket olduğu bildirilib.

Yanacaq kimi maye metan, oksidləşdirici kimi maye oksigeni istifadə edən raket aşağı orbit üçün 6 ton, günəşlə sinxron orbit üçün isə 4 ton daşıma qabiliyyətinə malikdir.

“China Space News”-un məlumatına görə, raketin uzunluğu 49,5, diametri isə 3,35- metrdir.

Çinin “Space Pioneer” şirkətinin maye yanacaqla işləyən “Tianlong-2” raketinin aprel ayında uğurla buraxılmasından sonra “Zhuque-2”nin ölkənin özəl aviasiya sektorunda ABŞ şirkətlərinin üstünlüyünə qarşı yeni bir uğur olduğu düşünülür.

Metanla işləyən mühərriklər, yüksək performans və aşağı əməliyyat xərclərinə görə xüsusilə təkrar istifadə oluna bilən raketlər üçün "ilk dizayn" olaraq görülür.

Xatırladaq ki, sözügedən raketin keçən il dekabrın 14-də buraxılışı uğursuz olmuşdu...

Murad Şahməmməd