ABŞ-da naməlum şəxs lotereyada təxminən 1 milyard dollar udub

ABŞ-da naməlum şəxs lotereyada təxminən 1 milyard dollar udub

20 İyul 2023 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da naməlum şəxs lotereyada təxminən 1 milyard dollar udub.

Oxuməni.az xəbər verir ki, bu barədə lotereyanın rəsmi saytında gedən məlumatda deyilir. Məlumata görə, ABŞ-ın “Powerball” lotereyasının iştirakçısı çərşənbə günü 1,08 milyard dollarlıq cekpot qazanıb. Bu mükafat Powerball lotereyasının mövcud olduğu dövrdə üçüncü ən böyük mükafat idi.

Qalib mükafatın bütün dəyərini illik 30 ödənişə bölə və ya 516,8 milyon dollar məbləğində birdəfəlik ödəniş ala bilər. Qalibin adı açıqlanmayıb. Bununla belə, CBS xəbər verir ki, uduşlu bilet Kaliforniyada alınıb.

Bu mükafat Powerball lotereyasının mövcud olduğu dövrdə üçüncü ən böyük mükafat idi. Rekord uduş 2,04 milyard dollar, cekpot isə 1,586 milyard dollar olub.

Əziz Mustafa