Hər gün zeytun yağı istehlak etmək ölüm riskini 28 faiz azalda bilər

Hər gün zeytun yağı istehlak etmək ölüm riskini 28 faiz azalda bilər

25 İyul 2023 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Alimlər hər gün yarım xörək qaşığından çox zeytun yağı qəbul edən şəxsin ölmə riskini 28 faiz azalda biləcəyini açıqlayıb.

Harvarddakı tədqiqatçıların apardığı araşdırmaya görə, marqarin və kommersiya mayonezi kimi tanınan yağlar əvəzinə zeytun yağı istifadə etmək ölüm riskini azalda bilər.

Tədqiqat nəticəsində məlum olub ki, hər gün yarım xörək qaşığından çox zeytun yağı qəbul edən insanların ölmə riski heç vaxt və ya nadir hallarda zeytun yağı içməyənlərə nisbətən 28 faiz daha azdır.

Araşdırmada elm adamları 30 il ərzində 90.000-dən çox amerikalının pəhriz sorğularını və ölüm qeydlərini təhlil ediblər.

Tədqiqatçılar, araşdırmanın nəticəsi olaraq, zeytun yağının digər yağlarla əvəz edilməsinin də sağlam qidalanmaya kömək edə biləcəyinə dair sübutları dəstəklədiyini söyləyiblər.

Murad Şahməmməd