Antarktidada dəniz buzları görünməmiş səviyyədə əriyib

Antarktidada dəniz buzları görünməmiş səviyyədə əriyib

31 İyul 2023 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Cənub yarımkürəsinin ən cənub hissəsi olan Antarktidada dəniz buzları ilin bu vaxtı üçün görünməmiş səviyyəyə düşüb, çox böyük ölçüdə buzlar əriyib. Bölgədəki dəniz buzunun 45 il əvvəl qeydə alınmağa başladığından bu yana ilin bu dövrü üçün ən aşağı səviyyəyə düşdüyünü xatırladaraq, bunun 1981-2010-cu illər ortalamasının 2,6 milyon kvadrat kilometr altında olduğu ifadə edilirdi. Bildirilib ki, bu Argentina qədər böyük bir ərazidir. Xəbər verilir ki, mütəxəssislər Antarktida dəniz buzunun hər il qitənin yay ayında ən aşağı səviyyəyə düşdüyünü lakin daha sonra qışda yenidən formalaşdığını bildiriblər. Ancaq bu il fərqli bir vəziyyət olduğunu qeyd edərək, dəniz buzunun gözlənilən səviyyəyə qayıtmadığını qeyd ediblər.

Murad Şahməmməd