Dünyanı lərzəyə gətirən görüntü

Dünyanı lərzəyə gətirən görüntü

9 Avqust 2023 13:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bu fotodakı təfərrüat qan dondurdu: Onlar dərhal ərazini tərk etdilər...

«Paranormal Fəaliyyət» filminə baxmamış olsanız belə, yəqin ki, filmdəki uydurmaları təxmin etmisiniz. İnsan ağlının və elminin izahı mümkün olmayan bu hadisələri özündə ehtiva edən filmin reallığa çevrildiyini deyə bilərik. Şotlandiyada dostunun qarşıdan gələn toy mərasimini qeyd edən qadınların çəkdiyi silsilə fotoların arxasındakı təfərrüat insanı dəhşətə gətirib.

Bir qrup dost toy öncəsi şənlikdə həyatlarının şokunu yaşadılar. Birlikdə şəkildə poza verən dostların arxasında bir oğlan uşağı görünüb. Qadınlar ərazidə kiçik araşdırma apardıqdan sonra göldə boğulan uşağın hekayəsini eşitdikdən sonra tələsik ərazini tərk ediblər.

11 nəfər qadının kötüklərin qarşısında çəkdirdiyi fotoda arxada bir uşağın olduğu görünür. Keçən il çəkilmiş fotoya çoxlu şərhlər yağdıranlar ərazinin lənətləndiyi iddia edirdilər.

Oxşar bir film çəkən “Mavi oğlan” filminin ssenari müəllifi Paul Murton deyib: “Bu barədə orada danışırdılar ki, uşaq gecələr yuxuda gəzirdi. Valideyinləri deyib ki, uşaq çölə çıxıb, gedib gölə düşüb və boğularaq ölüb. Cəsədini tapanda soyuqdan rəngi göyərmişdi"...

Murad Şahməmməd