Türkiyədə müəmmalı monolit abidə aşkar edilib

Türkiyədə müəmmalı monolit abidə aşkar edilib

11 Fevral 2021 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Şanlı Urfa şəhəri ətrafındakı Göbəklitəpə adlanan yerdə müəmmalı monolit abidə aşkar edilib.

Oxuməni.az euronevvs-ə istinadən xəbər verir ki, 3 metr hündürlüyü olan abidənin üzərində qədm türk runi yazısı ilə "Ayı görmək istəyirsənsə göyə bax" sözləri yazılıb. Hələlik monolit abidənin burada necə peyda olduğunu bilən yoxdur. Türkiyə hakimiyyət orqanları monolit abidənin burada necə peyda olmasını araşdırırlar. Abidə polis tərəfindən qorunur və videokamera vasitəsi ilə nəzarətdə saxlanılır. Qeyd edək ki, son illər Türkiyədə deyil, dünyanın digər yerlərində də belə monolit abidələr qəfildən peyda olur və sonra izsiz-soraqsız yoxa çıxır...

Oxuməni.az videogörüntüləri təqdim edir: