Ermənistanın müdafiə naziri: "Döyüş əməliyyatları istənilən vaxt başlaya bilər"

Ermənistanın müdafiə naziri: "Döyüş əməliyyatları istənilən vaxt başlaya bilər"

5 May 2016 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

"Təmas xəttində vəziyyət gərgindir, döyüş əməliyyatları istənilən vaxt başlaya bilər."

Oxu.az-ın News.am-a istinadən məlumatına görə, bu barədə mayın 4-də jurnalistlərə açıqlmasında Ermənistan müdafiə naziri Seyran Ohanyan deyib.

"Biz müvafiq təhlillər aparırıq. Azərbaycanın gücü və mümkün hərəkətlərindən nəticə çıxarırıq", - erməni nazir deyib. O əlavə edib ki, hələlik təmas xəttində müvəqqəti atəşkəs var.

S.Ohanyan həmçinin Rusiyanın Ermənistana silah tədarükünə də toxunub.

"Hərbi-texniki əməkdaşlığın sürətlənməsi üzrə işlər aparılır", - o, deyib.

Mediainfo.az