Mübariz İbrahimovun xatirəsinə həsr olunan hərbi oyunlar keçirilib
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan hərbi oyunlar keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kursantlar qaçış, qumbara atma, atəş və kəndir dartma növləri üzrə yarışıblar.
Qalib kursantlar mükafatlandırılıb.
Mediainfo.az
Digər xəbərlər































































































