ABŞ və Türkiyə arasında kritik görüşə start verildi – Video

ABŞ və Türkiyə arasında kritik görüşə start verildi – Video

17 Oktyabr 2019 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ABŞ milli təhlükəsizlik müşaviri Robert Olbraynı və ABŞ-ın Suriya üzrə xüsusi səfiri Ceyms Cefrri ilə görüşüb.

Oxumeni.az xəbər verir ki, Ankarada Xarici İşlər Nazirliyində görüş mətbuata qapalı keçirilib və 45 dəqiqə sürüb.

Görüşdən sonra hər hansı bir açıqlama olmayıb. Amma görüşün video-görüntüləri göstərir ki, müzakirələrdə ABŞ tərəfindən hərbçilər də qatılıb.

Xatırladaq ki, Çavuşoğlunun ABŞ-dan gələn heyətlə görüşü dünən axşama planlaşdırılsa da, bəlli olmayan səbəblərdən bu gün keçirilib.

Bu ara bəlli olub ki, ABŞ-ın vitse-prezidenti Pens və dövlət katibi Pompeonu Ankaraya gətirən təyyarə İrlandiyada yerə enib. İlkin məlumatlara görə, təyyarə İrlandiya hava limanında yanacaq doldurduqdan və təhlükəsizlik baxışından keçdikdən sonra Ankaraya istiqamət götürüb.

Oxumeni.az