Lavrov həmkarına qarmon hədiyyə etdi

Lavrov həmkarına qarmon hədiyyə etdi

6 Noyabr 2019 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Burundili həmkarı Ezikiel Nibiqiraya Tula istehsalı olan qarmon hədiyyə edib. Oxumeni.az bildirir ki, bu barədə RF XİN-in Feysbuk hesabında məlumat verilib.

Burundi Respublikasının Xarici İşlər naziri həmkarının hədiyyəsinə cavab olaraq, ona qədim Afrika zərb musiqi aləti – tam-tam hədiyyə edib.

Həmkarların bir-birinə hədiyyə təqdim etmə mərasimi Moskvada baş tutan danışıqlardan sonra olub.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)